Gürcüstan Rusiyaya niyə nota verəcək ?

Gürcüstan Rusiyaya niyə nota verəcək ?
  29 May 2013    Oxunub:1244
Sənəd ünvanına İsveçrə səfirliyi vasitəislə çatdırılacaq
Gürcüstan Rusiyaya Sxenvali regionunda inzibati sərhədin dəyişdirilməsi ilə bağlı nota verəcək. Sənəd Rusiyanın Gürcüstandakı maraqlarını təmsil edən İsveçrə səfirliyi vasitəislə ünvanına çatdırılacaq.

Gürcüstanın xarici işlər naziri Maya Pancirkidze bildirib ki, bu məsələ Cenevrədə keiçriləcək növbəti danışıqların da mövzusu olacaq.

Rəsmi Tiflisin bununla əlaqədar narahatlığını çatdıran Maya Pancikidze inzibati sərhədin birtərəfli qaydada dəyişdirilməsinin regionda humanitar vəziyyəti mürəkkəbləşdirldiyini də vurğulayıb.


Teqlər:





Xəbər lenti