Oqtay Əsədov: “Demokratik təsisatları möhkəmləndiririk”

Oqtay Əsədov: “Demokratik təsisatları möhkəmləndiririk”
  07 May 2015    Oxunub:1560
"Azərbaycanda parlament milli qanunvericiliyi Avropa hüquq normalarına və standartlarına uyğunlaşdırmaq, problemlərin açıq müzakirəsini aparmaq yolu ilə demokratik təsisatları möhkəmləndirir, söz, mətbuat, vicdan, birləşmək, sərbəst toplaşmaq və digər siyasi azadlıqların reallaşmasına, qanunun aliliyinin bərqərar olmasına zəmin yaradır".
AzVision.az-ın məlumatına görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov"Azərbaycan parlamenti müstəqillik yolunda" adlı məqaləsində qeyd edib.

Spiker bildirib ki, uzun əsrlər boyu Avropa demokratiyasının təcrübəsində sınaqdan çıxarılmış çoxpartiyalılıq, plüralizm, qanunun aliliyi prinsipləri ötən illərdə Azərbaycan parlamentinin praktikasında da özünü doğruldub:

"Milli Məclis Azərbaycan prezidenti İlham Əliyevin daxili və xarici siyasətini parlament vasitələrinin köməyi ilə fəal surətdə dəstəkləyir. Ölkədə uğurla həyata keçirilən siyasi, iqtisadi, hüquqi, sosial, islahatların, demokratikləşmə prosesinin hüquqi mexanizmi daha da inkişaf etdirilir, təkmilləşdirilir. Qanunvericilik fəaliyyəti ilə yanaşı, parlament ölkəmizdə və beynəlxalq aləmdə baş verən mühüm siyasi hadisələrə münasibətini bildirir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, yalançı erməni təbliğatının, o cümlədən qondarma “erməni soyqırımı” əfsanəsinin ifşa edilməsi üçün zəruri tədbirlər görür”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti