Baş prokuror vətəndaşları on-line qəbul edəcək

Baş prokuror vətəndaşları on-line qəbul edəcək
  07 May 2015    Oxunub:1812
Azərbaycanın baş prokuroru Zakir Qaralov mayın 15-də saat 10:00-da canlı bağlantı ilə Quba, Qusar və Xaçmaz rayonlarında yaşayan vətəndaşların Quba rayon prokurorluğunun inzibati binasında videokonfrans rejimində qəbulunu keçirəcək.
Bu barədə AzVision.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Qəbulda iştirak etmək istəyən vətəndaşların qeydiyyatı və Quba şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar mayın 14-dək yaşadıqları ərazi üzrə rayon və şəhər prokurorluqlarına yalnız prokurorluq orqanlarının səlahiyyətlərinə aid məsələlərlə əlaqədar yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.

AzVision.az


Teqlər:  



Xəbər lenti