Arif Hacılı saxta partiya vəsiqəsi verir? – İDDİA

Arif Hacılı saxta partiya vəsiqəsi verir? – İDDİA
  07 May 2015    Oxunub:2221
Müsavat Partiyası Qadınlar Birliyinin sədri Ellada Məmmədli saxta partiya vəsiqəsilə mühacirət edənlərdən danışıb.
O, AzVision.az-a açıqlamasında bildirib ki, söhbət Ləman Talıbovadan gedir.

E.Məmmədli qeyd edib ki, Ləman Talıbova bir neçə gün əvvəl “Yeni Müsavat” qəzetinin hazırladığı reportajda özünü Müsavatçı kimi təqdime dib və tənqidi fikirlər səsləndirib:
“O, 2013-cü ildə Müsavtaa gəlib, çox qəribədir ki, illərdir Müsavat üzü olanların heç biri onu tanımır. Sonradan məlum olub ki, onun məqsədi Avropada yaşamaq imiş. Buna görə də özünü müxalifətçi kimi təqdim etməli idi. Deyib ki, guya mitinqlərdə iştirak edib”.

Bu iddiaların yalan olduğunu deyən Ellada Məmmədli vurğulayıb ki, uzun illər Müsavatda fəaliyyət göstərib, sonra partiyadan qovulduğu halda heç bir siyasi fəallığı olmayanlar partiya adından istifadə edir: “Necə olur ki, onlar müxalifət adından danışır? Bu, hər birimizə utanc gətirir. Onlara partiyaya üzvlük sənədi veriləndə bizdən gizli verilir, xəbərimiz olmurş. Biz yalnız hər şey bitəndən sonra bundan xəbər tuturuq. Bu addım da yəqin ki, maddiyyat qarşılığında atılır. Kim tanımadığı adama müxalifət adından partiya bileti verər? Burada nə isə maraq olmalıdır. Suiyasətdə olmayan adama siyasi partiya biletinin necə və nəyin qarşılığında verilməsi sualı hamını maraqlandırır”.

Partiyaya üzvlük vəsiqəsinin kimin tərəfindən verilməsinə gəlincə isə E.Məmmədli bunun partiya rəhbərliyinin məsuliyyətində olduğunu vurğulayıb:

“Həmin biletlərdə də, indi verilən biletlərdə də Arif Hacılının adı qeyd olunur. İllərini partiyaya vermiş adamlar Müsavatdan çıxarılır, amma partiyanın qərargahını tanımayan adamlar mühacirətə gedirlər. Bəlkə də soruşsan ki, Məmməd Əmin Rəsulzadə kimdi, onu da tanımazlar”.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti