Avropa Liqası: İtalyanların iflası

Avropa Liqası: İtalyanların iflası
  08 May 2015    Oxunub:1523
Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
"Qarabağ"la eyni qrupda mübarizə aparmış Ukraynanın "Dnepr" klubu "Napoli"nin qonağı olub.

Hesabı ikinci hissənin əvvəlində italyanlar açıb - Lopez fərqlənib. 81-ci dəqiqədə isə Seleznyov oyunda son nöqtəni qoyub - 1:1.

"Sevilya" isə "Fiorentina"nı qəbul edib. 17-ci dəqiqədə Aleks Vidal meydan sahiblərini önə keçirib. 52-ci dəqiqədə Vidal dubla imza atıb.

75-ci dəqiqədə Qameyro fərqi daha da artırıb - 3:0.

Qeyd edək ki, cavab oyunları mayın 14-də keçiriləcək.


Teqlər:  





Xəbər lenti