Milli Məclisin iclası təxirə salındı
Bu barədə AzVision.az-a Milli Məclisdən məlumat verilib. Bildirilib ki, növbəti plenar iclas mayın 15-də keçiriləcək.
Qeyd edək ki, Milli Məclisin mayın 8-nə nəzərdə tutulan iclasının gündəliyinə 5 məsələ daxil edilmişdi.
"Reklam haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Qiymətli kağızlar bazarı haqqında" qanunlara və Mülki Məcəlləyə dəyişiklik edilməsi, "Vətəndaşların müraciəti haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi gündəliyə salınmışdı.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


