FHN yanğınla bağlı məlumat yayıb

FHN yanğınla bağlı məlumat yayıb
  29 May 2013    Oxunub:1279
Qəza zamanı şəxsiyyətləri məlum olmayan 3 nəfər (2sürücü 1 sərnişin)müxtəlif bədən xəsarətləri alıb
Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus “Hundai-Santafe” markalı minik avtomobili ilə “Vaz” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol qəzası baş verib. Yanğın nəticəsində “Vaz” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, qəza zamanı şəxsiyyətləri məlum olmayan 3 nəfər (2sürücü 1 sərnişin) aldığı müxtəlif bədən xəsarətləri ilə Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına aparılıb. Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub. Yanğın saat 00:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:  





Xəbər lenti