“İlham Əliyevlə görüş bizim üçün bayramdır” – Keçmiş müdafiə naziri

“İlham Əliyevlə görüş bizim üçün bayramdır” – Keçmiş müdafiə naziri
  08 May 2015    Oxunub:2860
“İlham Əliyevlə görüşü təkcə mən yox, bütün veteranlar səbrsizliklə gözləyirdi”.
Bunu AzVision.az-a keçmiş müdafiə naziri Dadaş Rzayev prezident İlham Əliyevlə dünənki görüşündən danışarkən deyib.

“Şəxsən mən cənab prezidentə dərin təşəkkürümü bildirirəm. Minnətdarıq ki, belə bir möhtəşəm veteranlar evini bizə verdi. Görüşdə prezidentə bildirdim ki, veteranlar həmişə sizin yanınızdadır.

Biz veteranlar prezidentin xarici və daxili siyasətini dəstəkləyirik. Qeyd etdim ki, biz istəyirdik, elə bir yerimiz olsun ki, ulu öndərin orada güşəsini yaradaq və abidəsini qoyaq. Arzumuza da çatdıq”.

D.Rzayev ölkə başçısı ilə görüşün ona xoş təsir bağışladığını bildirib.

“Prezedentlə söhbət etdik, veteranların nə sualı var idisə, cavab verdi. Çıxış etdik. Onu qələbənin 70 illiyi münasibəti ilə təbrik etdik. Görüşümüz çox yüksək səviyyədə və mehriban keçdi”-deyə D. Rzayev bildirib.

Qeyd edək ki, mayın 7-də Bakıda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yeni inzibati binasının açılışı olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni inzibati binanın açılışında iştirak edib.

Şahanə Rəhimli


Teqlər:  



Xəbər lenti