Vurğun Əyyubdan Müsavata cavab: `Satqındırlar...`

  08 May 2015    Oxunub : 2034
Vurğun Əyyubdan Müsavata cavab: `Satqındırlar...`
`Balacasından tutmuş, ən böyüyünə kimi nimdaş ittihamlar, kiflənmiş damğalar yağdırdılar`
Müsavatın keçmiş funksioneri Vurğun Əyyub partiyadan xaric edilməsi bağlı partiya qərargahı önündə keçirilən etiraz aksiyasına münasibət bildirib.

AzVision.az-ın məlumatına görə, V.Əyyub Müsavat rəhbərliyini sərt tənqid edib.

Müsavat Partiyasının bir qrup üzvü partiyanın indiki rəhbərliyinin apardığı siyasətə etiraz məqsədilə qərargaha toplaşdı. Qərargahdakı zalın qapılarını açmadıqlarından məcbur olub qərargahın önündə etiraz yığıncağı keçirdilər. Etiraz edənləri qəbul edib dinləmək, mövqe ifadə etmək əvəzinə rəhbərlikdə olanların ən balacasından tutmuş, ən böyüyünə kimi nimdaş ittihamlar, kiflənmiş damğalar yağdırdılar: satqındırlar, hakimiyyətin agentura şəbəkəsidirlər, YAP-ın sifarişini yerinə yetirirlər və daha nələr”.

Etiraz edənlərin partiyada uzun müddət aktiv fəaliyyət göstərən şəxslər olduğunu deyən Vurğun Əyyub Müsavat rəhbərliyinin həmin insanlara qarşı mövqeyinin tənəzzüldən xəbər verdiyini bildirib: “Aksiya iştirakçılarının şəkillərinə, video görüntülərinə baxıram. Əksəriyyəti illərdir tanıdığım, mübarizədən bir addım da kənara çəkilməyən adamlardır. Çıxışçılar kimlərdir? Onlar mitinqlərin, seçkilərin, partiya tədbirlərinin təşkilatçıları, hərəsi bir rayon təşkilatını quran, möhkəmlədən insanlardır.

Bu insanlara qarşı sərgilənən mövqe, söylənilən ittihamlar siyasi-mənəvi tənəzzülün, bilmirəm, başlanğıcıdır, zirvəsidir, ya sonu?”.

Fatimə Kərimli

Teqlər: