38 nəfər imtahandan keçib
İmtahanın nəticələri saat 15:00-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (www.tqdk.gov.az) internet saytında yerləşdirilib. İşə qəbul olmaq üçün ərizə təqdim etmiş 380 namizəddən 20 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak etmiş 360 namizəddən 38 nəfəri müsabiqə şərtini (70 və daha çox bal) ödəyərək növbəti mərhələyə buraxılıb. Ən yüksək nəticə 81,5 bal olub.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


