Sabah bir neçə yol bağlanacaq

Sabah bir neçə yol bağlanacaq
  08 May 2015    Oxunub:1510
Sabah Bakının bir neçə küçə və prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AzVision.az-a verilən məlumata görə, Bakı 2015 Avropa Oyunlarına hazırlıq məqsədilə, sabah saat 12:00-dan 19:00-dək Bakı Olimpiya Stadionunda hazırlıq tədbiri ilə əlaqədar, Mehdi Hüseyn küçəsinin Parlament Prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu müddət ərzində Bakı Olimpiya Stadionu istiqamətində fəaliyyət göstərən ictimai nəqliyyat avtobuslarında və metronun Koroğlu stansiyasında sıxlıq olacağı gözlənilir. Buna görə də şənbə günü ictimai nəqliyyatdan istifadə edəcək şəxslərə yuxarıda sadalanan məsələləri nəzərə almaları tövsiyə olunur.

AzVision.az


Teqlər:



Xəbər lenti