Rövnəq Abdullayev vəd verdi

Rövnəq Abdullayev vəd verdi
  08 May 2015    Oxunub:2248
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda kimya sənayesi sahəsində zavodların tikintisi üzrə reallaşdırdığı layihələr Azərbaycanda 12 mindən çox iş yerinin açılmasına imkan verəcək.
AzVision.az-ın məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə əsasən, SOCAR kadr siyasətinə, gənc kadrların yetişdirilməsi, yeni iş yerlərinin açılması məsələlərinə böyük diqqət ayırır: "Müasir standartlar əsasında gənc kadrların hazırlanması üzrə işlər aparılır".

R.Abdullayev qeyd edib ki, karbamid zavodunun tikintisi artıq başlayıb: "Zavodun fəaliyyətinin pik dövründə orada 7 mindən çox işçi çalışacaq. "SOCAR Polymer" layihəsinin reallaşdırılması hesabına daha 5 minə yaxın iş yeri açılacaq. "SOCAR Polymer" çərçivəsində iki zavod - polietilen və polipropilen - inşa edilir".

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti