Müdafiə Nazirliyinin şəxsi heyəti Həzi Aslanovun abidəsini ziyarət edib- FOTOLAR

Müdafiə Nazirliyinin şəxsi heyəti Həzi Aslanovun abidəsini ziyarət edib- FOTOLAR
  09 May 2015    Oxunub:2053
9 may - Qələbə Günü münasibətlə Müdafiə Nazirliyinin şəxsi heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini, general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi altında 2 dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsini ziyarət edib.
Abidə önündə N. Sadıkovla müharibə veteranları arasında qısa görüş olub.

Azərbaycan Respublikası Veteranlar Şurasının adından N. Sadıkova “Veteranlara qayğı” diplomu təqdim edilib. Diplom N. Sadıkova Azərbaycanda veteranlar hərəkatının gücləndirilməsi və veteranlara göstərdiyi müstəsna qayğıya görə verilib.

AZVision.az

Qalereya




Teqlər:



Xəbər lenti