`Problemlərimizi də dünyaya çatdıracağıq` - Prezidentin köməkçisi

`Problemlərimizi də dünyaya çatdıracağıq` - Prezidentin köməkçisi
  10 May 2015    Oxunub:1899
`Azərbaycan xalqı I Avropa Oyunlarına ciddi hazırlaşır. Bu, təkcə dövlətin tədbiri deyil, ümumxalq tədbirdir`
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

PA rəsmisi qeyd edib ki, biz bu tədbirdən maksimum istifadə edib Azərbaycan xalqının həm milli-mənəvi dəyərlərini, Azərbaycan xalqının mədəniyyətini, xalqın həyat tərzini, o cümlədən problemlərimizi, torpaqlarımızın işğalı faktını, neçə illərdir ölkəmizin bölgədə yürütdüyü siyasəti, qonşularla münasibətlərimizi Avropa Oyunlarından istifadə edib dünyaya çatdıracağıq.

`Biz Avropa Oyunlarının yüksək standartını ortaya qoyacağıq. Heydər Əliyev Fondunun rəhbəri, hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi çox səmərəli və uğurlu fəaliyyət göstərir. Dövlət qurumları və digər müvafiq qurumlar da Avropa Oyunlarına hazırlaşır. Bakı-2015-lə bağlı əlbəttə ki, hər birimizin üzərinə məsuliyyət düşür`.


Teqlər:  



Xəbər lenti