Məşhur aktrisanın 200 minlik geyimləri oğurlandı
Aktrisanın oğurlanan geyimlərinin Hollivudun şimal hissəsindəki anbar yerində saxlanıldığı bildirilir.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, geyimlərin oğurlanmasını mayın 4-də aktrisanın işçilərindən biri aşkar edib. Hazırda polis axtarış aparır.
Faktlardan biri də budur ki, Demi Murun işçilərindən heç biri son 6 ayda həmin anbarda olmayıb. Oğurluğun keçən il baş verməsi ehtimalı da istisna edilmir.
Eldar Tanrıverdiyev
AzVision.az