12 iyun qeyri-iş günü ola bilər - Prezidentdən təklif

12 iyun qeyri-iş günü ola bilər - Prezidentdən təklif
  11 May 2015    Oxunub:3443
Bu il Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının açılışı gününün - 12 iyunun qeyri-iş günü elan edilməsi təklif olunur.
Bu barədə Milli Məclisdən APA-ya bildirilib. Bununla bağlı Azərbaycan Prezidenti tərəfindən parlamentə layihə daxil olub.

Layihəyə əsasən, yalnız bir dəfə - 2015-ci il iyunun 12-i Azərbaycanda qeyri-iş günü elan olunması təklif olunur.

Qərar layihəsi parlamentin mayın 15-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, iyunun 12-də Bakı 2015 Avropa Oyunlarının açılış mərasimi olacaq.

AzVision.az


Teqlər:  



Xəbər lenti