Külək əsəcək, yağış yağacaq- Sabahın havası

Külək əsəcək, yağış yağacaq- Sabahın havası
  11 May 2015    Oxunub:2019
Qeyri-sabit hava şəraiti bir neçə gün davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, mayın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 21-26, dağlarda gecə 2-7, gündüz 8-13 dərəcə isti olacaq.

AzVision.az


Teqlər:  



Xəbər lenti