Vasif Talıbov prezidentlə şahmat oynadı

Vasif Talıbov prezidentlə şahmat oynadı
  11 May 2015    Oxunub:3902
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov Naxçıvanda səfərdə olub.
"Report"un məlumatına görə, rusiyalı qonaq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədovla görüşüb.

Onlar Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra K.İlümjinov ümummilli liderin adını daşıyan muzeyi ziyarət edib. Daha sonra FİDE prezidenti V.Talıbov və A.Rəhimovla birgə "Naxçıvan Open" beynəlxalq şahmat turnirinin bağlanış mərasiminə qatılıb. Qonaq turnirin qalibi Eltac Səfərlini, eləcə də Naxçıvan tarixində ilk beynəlxalq qrossmeyster və beynəlxalq hakim adını alanları təbrik edib. Tədbir zamanı K.İlümjinov V.Talıbovla şahmat da oynayıb.

FİDE prezidenti Naxçıvan səfəri ilə bağlı öz "twitter" hesabından şəkillər paylaşıb.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti