Müsavat 2 rayon təşkilatını buraxdı

  11 May 2015    Oxunub : 1057
Müsavat 2 rayon təşkilatını buraxdı
Müsavat Partiyasının Divanı Ucar və Suraxanı rayon təşkilatlarının buraxılması barəsində qərar qəbul edilib.
Qərar Divanın bu gün keçirilən toplantısında qəbul edilib. İclasda partiyanın Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli, təşkilatın digər üzvləri Rahib Mirələmov və Əli Qasımlının partiyaya qarşı fəaliyyəti müzakirə olunub. Onlar Divana dəvət olunsa da, gəlməyiblər. Onların partiya əleyhinə mütəmadi fəaliyyəti nəzərə alınaraq, hər üçünün partiya sıralarından xaric edilməsi qərara alınıb.

İclasda həmçinin Mərkəzi Nəzarət-Təftiş Komissiyasının Suraxanı rayon təşkilatının buraxılması ilə bağlı təqdimatı müzakirə edilərək qəbul edilib. Suraxanı rayon təşkilatının seçkili orqanlarının partiya əleyhinə fəaliyyət göstərməsi, pozuculuqla məşğul olması nəzərə alınaraq, buraxılması haqda qərar qəbul edilib və 12 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb.

Xatırladaq ki, Müsavatın bir qrup üzvü mayın 6-da partiya rəhbərliyinə etiraz olaraq piket keçirib.

AzVision.az

Teqlər: