Bakıda daha bir intihara cəhd

Bakıda daha bir intihara cəhd
  12 May 2015    Oxunub:1362
Bakıda növbəti dəfə intihara cəhd hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər intihar etmək niyyətini nümayiş etdirib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb və təhlükəsiz əraziyə endirilib.

Əməliyyat saat 00:44-də başa çatıb.

AzVision.az


Teqlər:  



Xəbər lenti