Məmmədyarov Türkiyəyə nazirlərin görüşünə getdi

Məmmədyarov Türkiyəyə nazirlərin görüşünə getdi
  12 May 2015    Oxunub:1558
Mayın 12-13-də Türkiyənin Antalya şəhərində NATO-ya üzv dövlətlərinin xarici işlər nazirlərinin iclası keçiriləcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan NATO-nun Əfqanıstanda “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlət statusunda iclasa dəvət olunub.

Xarici işlər naziri Elmar Məmmədyarov iclasda iştirak etmək üçün Türkiyəyə yola düşüb.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  



Xəbər lenti