Ordumuz yenidən təlimlərə başladı

Ordumuz yenidən təlimlərə başladı
  12 May 2015    Oxunub:1577
Azərbaycan-Türkiyə birgə taktiki təlimləri başlayıb
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən mayın 12-dən Bakıda və Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin qoşun növlərinin cəlb olunması ilə birgə taktiki təlimlər başlayıb.

Təlimlərin Naxçıvanda keçirilən mərhələlərindən biri Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının 3-cü ordu komandanı ordu generalı Ümit Dündarın ümumi nəzarət və müşahidəsi ilə həyata keçiriləcək.

Təlimlər mayın 16-dək davam edəcək.

AzVision.az


Teqlər:  



Xəbər lenti