Heydər Əliyev Polşada anılıb

Heydər Əliyev Polşada anılıb
  12 May 2015    Oxunub:1763
Azərbaycan Respublikasının Polşadakı səfirliyi və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Azərbaycan xalqının milli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirib.

Tədbirdə Azərbaycan Respublikasının Polşadakı Fövqaladə və səlahiyyətli səfiri Həsən Həsənov, ASGA-nın sədri Səbuhi Abbasov, Azərbaycan Respublikasının Polşadakı Fövqaladə və səlahiyyətli səfirinin müşaviri Ülvi Baxşəliyev, ASGA Polşa nümayəndəliyinin sədri Anar Məmmədov, Polşanın nüfüzlü ictimaiyyət nümayəndələri və tələbə gənclər iştirak ediblər.

Tədbiri Azərbaycan Respublikasının Polşadakı Fövqaladə və səlahiyyətli səfiri Həsən Həsənov açaraq Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb: “Heydər Əliyev birinci dəfə hakimiyyətə gələndən sonra Azərbaycan iqtisadiyyatında yeni bir səhifə açıldı. Bütün sahələr inkişaf etməyə başladı. 90-cı illərin əvvəllərində isə Azərbaycanda baş verən hadisələrin fonunda ölkəmizi yalnız və yalnız Heydər Əliyev kim nadiri şəxsiyyət xilas edə bilərdi. Onun ikinci dəfə hakimiyyətə qayıdışı isə məhv olmaq təhlükəsində olan Azərbaycanı xilas etdi. Onun yaratdığı, formalaşdırdığı siyasi və iqtisadi kurs Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Daha sonra ASGA-nın sədri Səbuhi Abbasov milli lider Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdışını Azərbaycan üçün böyük qurtuluş olduğunu deyib: “Heydər Əliyevin həyata keçirdiyi ən önəmli islahatlardan biri də gənclər siyasətinin və proqramının işlənib hazırlanması oldu. Heydər Əliyevin təşəbbüsü ilə ilkin mərhələdə Gənclər Nazirliyinin, Gənclər forumunun və Gənclər gününün təsis edilməsi sağlam gələcəyə hesablanmış bir addım idi. Bu siyasət bugün də davam edir”.

Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin təqdimatı isə iştirakçılarda böyük marağa səbəb olub.

Sonra ASGA İdarə heyəti adından Azərbaycan Respublikasının Polşadakı Fövqaladə və səlahiyyətli səfiri Həsən Həsənova “SÜLH SƏFİRİ” mükafatı təqdim olunub.

Qeyd edək ki, “Heydər Əliyev polyakların gözü ilə” adlı tədbir Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində eyni zamanda Varşavanın mərkəzində “Heydər Əliyev polyakların gözü ilə” və “Bakı-2015: Birinci Avropa Oyunları polyakların gözü ilə” adlı sərginin keçirilməsi də planlaşdırılıb.


Teqlər:





Xəbər lenti