Patruşev Eldar Mahmudovla görüşüb

Patruşev Eldar Mahmudovla görüşüb
  12 May 2015    Oxunub:1875
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Bakıya səfəri çərçivəsində Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov ilə də görüşüb.
AzVision.az-ın TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının mətbuat xidmətinin məlumatında yer alıb.

Məlumata görə, tərəflər terrorçuluq və ekstremizmlə mübarizə sahəsində ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən I Avropa Oyunları çərçivəsində kütləvi tədbirlərin keçirilməsi zamanı təhlükəsizlik tədbirlərini müzakirə ediblər.

Həmsöhbətlər həmçinin gələcəkdə mütərəqqi və hərtərəfli əməkdaşlıqda maraqlı olduqlarını ifadə ediblər.

AzVision.az


Teqlər:



Xəbər lenti