Vahid karta keçirik - Avropa Oyunlarından sonra

Vahid karta keçirik - Avropa Oyunlarından sonra
  12 May 2015    Oxunub:2533
“Şəhər nəqliyyatında vahid kart sisteminin tətbiq edilməsi üçün işlər davam etdirilir“
Bunu nəqliyyat nazirinin müavini Musa Pənahov deyib. Onun sözlərinə görə, artıq proqram təminatı, prosessinq mərkəzinin yaradılması kimi texniki tərəflər öz həllini tapıb:

“Vətəndaşlara veriləcək kartlar, onların doldurulması kimi məsələlər də həll olunub. Bakı Metropolitenində vahid gediş kartı sistemi üzərində aparılan hazırlıq işləri artıq yekunlaşıb. Avtomobil nəqliyyatında isə bu prosesə I Avropa Oyunlarından sonra mərhələli şəkildə başlanılacaq".

M.Pənahov qeyd edib ki, vətəndaşlarda olan əvvəlki kartlardan istifadə etmək mümkün olacaq : "Ancaq sonradan kart sisteminə keçid prosesi tam yekunlaşandıqda bu kartlar dəyişdiriləcək. Təbii ki, bu proses vətəndaşların istəyi ilə mümkün olacaq”.

AzVision.az


Teqlər:  





Xəbər lenti