Mərkəzi Bankla bağlı mühüm dəyişiklik

Mərkəzi Bankla bağlı mühüm dəyişiklik
  12 May 2015    Oxunub:2639
Azərbaycan Mərkəzi Bankının kapital ehtiyatları ilə bağlı qaydaları dəyişdirilir, yeni öhdəliklər müəyyənləşdirilir.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov AzVision.az-a açıqlamasında bildirib ki, “Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında” qanuna əlavə və dəyişikliklər edilməsinə mayın 15-də keçiriləcək plenar iclasda baxılacaq.

Qanunun 10.3-cü maddəsinə edilən dəyişikliyə əsasən, Mərkəzi Bankın kapital ehtiyatları artıq tədavülə buraxılmış nağd milli valyutanın 15%-i miqdarında müəyyən edilməyəcək.

`Əvəzində, onun nizamnamə kapitalından az olmamaq şərti ilə hesabat ilinin mənfəətindən ayırmalar hesabına formalaşdırılacaq. Kapital ehtiyatlarını formalaşdıranda Mərkəzi Bankın illik maliyyə hesabatı olur oradan qalan qalıq da dövlət büdcəsinə köçürüləcək. Bu kapitalı yüksək səviyyədə saxlamaq üçün əsas məsələlərdən biridir`.

Millət vəkili qeyd edib ki, xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur.

`Mərkəzi Bankın aktivləri passivlərindən aşağı düşüb. Əvvəl bunu dövlət büdcəsində maliyyələşdirirdik, indi isə qiymətli kağızlar hesabına maliyyələşəcək. Dövlət qiymətli kağızlar buraxacq ki, daha dövlət büdcəsində bu maliyyələşməsin. Bu baxımdan 14.2-ci maddəyə edilən dəyişikliyə əsasən Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödəniləcək`.

Qeyd edək ki, layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 15-də müzakirəyə çıxarılacaq.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti