Tanınmış iş adamı həbs olundu

Tanınmış iş adamı həbs olundu
  12 May 2015    Oxunub:2833
Azərbaycanlı iş adamı Nizami Piriyev həbs olunub.
APA-nın məlumatına görə, o, dələduzluq və ictimai əmlakın talanması maddələri ilə təqsirləndirilir.

Nərimanov rayon məhkəməsinin qərarı ilə N. Piriyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Nizami Piriyev “PNN Group” şirkətinin təsisçilərindəndir. “PNN Group” şirkətinin əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən “AzMeCo” şirkətindədir.

“PNN Group” “De Beers” və “Hamleys” brendlərinin tərəfdaşıdır. Nizami Piriyev Azərbaycanda “KFC” restoranlar şəbəkəsinin də qurcularındandır.

“PNN Group”un digər sahibi onun oğlu Nəsib Piriyevdir.


Teqlər:  





Xəbər lenti