Deputatdan prezidentin 12 iyun təklifinə reaksiya
“Hər birimiz bilirik ki, Bakı şəhərində indiki dövrdə həddən çox insan sıxlığı var, bunun üzərinə ölkəmizə gələcək 15-20 minə yaxın idmançı və başqa xarici qonaqlar əlavə olunsa, eyni zamanda onların hamısının hərəkətliliyini tənzimləməyə ciddi ehtiyac var. Bütün bunlara nəzərə alaraq, ölkə başçısı tərəfindən parlamentə belə bir müraciət göndərilib. Əminəm ki, həmkarlarım da bunu qəbul edəcəklər. 12 iyun tarixinin qeyri-iş günü olması bu cür mühüm beynəlxalq tədbirin elə start xəttindən uğurla başlamasına bir təkan verəcək.
Həmin günün qeyri-iş günü olmasında ölkəmiz üçün iqtisadi itkilər yoxdur. Bu tədbirin özü Azərbaycanın iqtisadi, sosial və siyasi mənafeyinə xidmət edir. Ona görə bunu parlamentdə müsbət qiymətləndirərək səs verəcəyəm”.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


