Muzdla işləyənlərin sayı və maaşı açıqlandı

Muzdla işləyənlərin sayı və maaşı açıqlandı
  12 May 2015    Oxunub:1877
Azərbaycanda muzdla işləyənlərin rəsmi sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, 2015-ci il aprelin 1-ə olan vəziyyətə ölkə, iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1507,0 min nəfər olub, onlardan 879,2 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 627,8 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Muzdla işləyənlərin 22,4 faizi təhsildə, 18,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,4 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,8 faizi tikintidə, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7 faizi informasiya və rabitə sahəsində və 17,7 faizi iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2015-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 449,5 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.

AzVision.az


Teqlər:



Xəbər lenti