Kənan Evren açılışını etdiyi məzarlıqda basdırıldı

Kənan Evren açılışını etdiyi məzarlıqda basdırıldı
  12 May 2015    Oxunub:2575
Türkiyənin 7-ci prezidenti, mayın 9-u vəfat edən Kənan Evrenin bu gün dəfn mərasimi baş tutub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1980-ci il 12 sentyabr hərbi çevrilişinin banisi olan eks-prezidentlə bağlı maraqlı təsadüf olub. Belə ki, o, bu gün dəfn olunduğu dövlət məzarlığının rəsmi açılışını 1988-ci il avqustun 30-da özü edib.

Məzarlıq Mustafa Kamal Atatürkün yaxın silahdaşlarının dəfn olunması məqsədilə yaradılıb. Kənan Evrən o zaman açılışda “məzarın yeri ürəkdir” –fikirini səsləndirib.

Qeyd edək ki, eks-prezidentin Gülhanə Hərbi Tibb Akademiyasından vida mərasiminin keçirilməsi üçün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına aparılıb. Onun vida mərasimi ailəsinin xüsusi xahişi ilə Türkiyə Böyük Millət Məclisində yox, baş qərargahda baş tutub.

Fatimə Kərimli

Qalereya




Teqlər:  





Xəbər lenti