Nazirlə görüşmək istəyənlərin nəzərinə

Nazirlə görüşmək istəyənlərin nəzərinə
  13 May 2015    Oxunub:1492
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, mayın 15-də ədliyyə naziri Fikrət Məmmədov Ağdam rayonunda vətəndaşları qəbul edəcək.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbulda Ağdam, Tərtər, Ağcabədi və Laçın rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Qəbul saat 11:00-da Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Milli Olimpiya Kompleksində (ünvan: Ağdam rayonu, Quzanlı qəsəbəsi, Zərifə Əliyeva prospekti) keçiriləcək.

Vətəndaşlar qəbula Bərdə regional ədliyyə şöbəsi (ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti, bina 77; əlaqə telefonları: (02020) 5-43-07, (051) 958-50-69), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Ağdam Rayon Milli Olimpiya Kompleksində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.


Teqlər:



Xəbər lenti