Kredit faizləri endiriləcək? - VİDEO
Mərkəzi Bankın statistikasına görə ölkədə problemli kreditlərin həcmi 1 milyard 213 milyon manata çatıb. Mütəxəssislər vəziyyətin həm banklar, həm də kredit alanlar üçün ürəkaçan olmadığını deyir.
Mərkəzi Bankın tövsiyələri əsasında bəzi banklar ödəniş müddətini uzadaraq problemli kreditlərin ödənişində stimul yaradıb.Ancaq bir sıra banklar kredit alanlara heç bu güzəştə də getmir.
Manatın məzənnəsindəki dəyişiklikdən sonra bankların dollarla kredit verdiyini xatırladan iqtisadçı dollarla verilən kreditlərdə faizlərin endirilməsini effektiv görür.
Teqlər: