İlham Əliyev Riqa sammitinə gedir
AzVision.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Latviyanın baş naziri xanım Laymdota Strauyuma bəyan edib.
Baş nazir deyib ki, Belarus prezidenti “çox güman” Riqaya, “Şərq tərəfdaşlığı” sammitinə getməyəcək. Hələlik Belarusu sammitdə kimin təmsil edəcəyi məlum deyil.
Öz növbəsində Ukrayna prezidenti Pyotr Poroşenko, Ermənistan prezidenti Serj Sərkisyan, Moldova prezidenti Nikolay Timofti və Gürcüstanın baş naziri İrakli Qaribaşvili sammitdə iştirak edəcəklərini təsdiqləyiblər.
Riqa sammitinə Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və digər Avropa liderləri qatılacaq.







Vaxtında, Aydın, Lazımlı!


