Arabir yağış yağacaq

Arabir yağış yağacaq
  29 May 2013    Oxunub:1354
Sabah hava dəyişkən buludlu olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, mayın 30-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 13-17, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Rayonlarda mayın 30-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Qərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacaq.


Teqlər:  





Xəbər lenti