Neftimiz bahalaşıb

Neftimiz bahalaşıb
  13 May 2015    Oxunub:1712
Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 2,25 dollar yaxud 3,45% bahalaşıb
Bu barədə AzVision.az-a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
Məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 67,44 dollara bərabərdir.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 66,20, dünən isə 65,19 dollar/barel olub.
Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti