Bakıya giriş çətinləşdi - tıxac var

Bakıya giriş çətinləşdi - tıxac var
  13 May 2015    Oxunub:2202
Bakı-Sumqayıt yolunda və əks istiqamətdə tıxac yaranıb.
AzVision.az-ın məlumatına görə, tıxaca səbəb səhər saatlarından başlayaraq “Xırdalan dairəsi”nin təmirə bağlanmasıdır. Hazırda adıçəkilən dairədə yol-patrul xidmətinin əməkdaşları nəqliyyatın hərəkətini tənzimləyir.

Qeyd edək ki, təmir işlərini “Azəryolservis” ASC həyata keçirir. “Azəryolservis” ASC-dən verilən məlumata görə, “Xırdalan dairəsi” yağış- kanalizasiya sistemində yaranmış problemlərin aradan qaldırılması məqsədilə bağlanılıb.

Anar Kəlbiyev


Teqlər:



Xəbər lenti