Gənclərlə bağlı dövlət proqramı hazırlanır

Gənclərlə bağlı dövlət proqramı hazırlanır
  13 May 2015    Oxunub:2385
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən 2016-2020-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət Proqramının hazırlanması nəzərdə tutulub.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Nazirliyin gənclər və gənclərin qeyri-hökümət təşkilatları tərəfindən Dövlət Proqramı ilə bağlı təklliflərini qəbul etmək məqsədi ilə [email protected] elektron ünvanını yaradıb.

Artıq bir müddətdir ki, müxtəlif gənclər təşkilatlarında (Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında, Gənclər Təşkilatlarının Milli Şurasında) Dövlət Proqramının hazırlanması ilə bağlı təkliflər qəbul olunur, debatlar aparılır.

Bütün gəncləri bu debatlara qoşulmağa və 2016-2020-ci illəri əhatə edəcək “Azərbaycan gəncliyi” Dövlət Proqramının hazırlanmasında yaxından iştirak etməyə dəvət edirik.

Məluamt üçün, növbəti müzakirənin 13 may 2015-ci il tarixdə 15:00-da Gənclər və İdman Nazirliyinin iclas zalında keçirilməsi nəzərdə tutulur.

AzVision.az


Teqlər:



Xəbər lenti