“Azərişıq” “Bakı-2015”-ə hazırdır
35/6 kv-luq “Koroğlu” və 35 saylı yarımstansiyaları “Olimpiya stadionu” yarımstansiyası ilə 35 kv-luq kabel xətləri ilə əlaqələndirilib. Olimpiya stadionunun elektrik təchizatı bir-birindən asılı olmayan 4 müxtəlif 220 kv-luq güc mərkəzlərindən qidalanan 110 kv-luq yarımstansiyaların 35 kv-luq şəbəkəsi ilə təchiz olunur.
“Azərişıq” ASC-də I Avropa Oyunlarının keçiriləcəyi obyektlərin fasiləsiz, dayanıqlı və etibarlı elektrik enerjisi ilə təchizatını təmin etmək məqsədilə xüsusi plan təsdiq olunub və əməkdaşların yüksək səviyyədə hazırlığı ilə bağlı əks-qəza məşqlərinin keçirilməsi də intensivləşdirilib. Oyunların keçiriləcəyi ərazilərdə, o cümlədən oyunlarla əlaqəli obyektlərin – atletlər kəndi, media mərkəzi, mehmanxanalar, restoranlar və əyləncə mərkəzlərinin enerji təchizatının tam dayanıqlılığının təminatı məqsədilə “Azərişıq” ASC-nin 110- kv-luq 204, ”Yeni Bayıl”, ”Xoca Həsən”, ”İçəri Şəhər”, ”Hava Limanı”, ”Dağlıq” və 35 kv-luq “Koroğlu”, 19, 35, 80, 81, 88, 99, 208, 217, 218, ”Gənclik”, ”Bayraq Meydanı”, 102, 109, 118 saylı yarımstansiyalarının texniki vəziyyətləri və avtomatikaları yoxlanılaraq SCADA sisteminə qoşulub.
Bu ilin aprel ayından başlayaraq olimpiya obyektlərini qidalandıran yarımstansiylarda, paylayıcı qurğularda təkrar sınaq yoxlama işləri və əks-qəza məşqləri aparılaraq xüsusi hazırlıq kursları keçmiş personal və mühəndis heyətləri ilə mütəmadi treninqlər keçirilir, “Azərişıq” ASC -nin tələbi ilə müvafiq yükə və gücə uyğun generator və UPS qurğuları quraşdırılır.
Məlumatda qeyd olunub ki, belə bir mötəbər tədbirin keçirilməsi “Azərişıq” ASC-nin hər bir əməkdaşının məsuliyyətini ikiqat artırıb, enerji təchizatının etibarlığını təmin etmək üçün rejim xarakterli məsələlərdən irəli gələn vəzifələrin icrası ilə bağlı əməkdaşlara ciddi tapşırıqlar verilib və hər bir texniki heyətin məsuliyyəti müəyyənləşdirilib.
AzVision.az
Teqlər: