Bulvar hazırdır: “Hər yerdə pulsuz Wi- Fi olacaq”
“Saray artıq Avropa Oyunlarının keçirilməsi üçün tam hazır vəziyyətə gətirilib. Həmçinin Bulvar ərazisində yerləşən Bakı İdman Sarayı da oyunlara tam hazırdır”.
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini bildirib ki, bulvarda Wi- Fi internet şəbəkəsinin genişləndirilməsi üçün də işlər aparılır.
“Bulvarın əksər yerində çoxdan Wi-Fi var. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə iş aparırıq. Çalışırıq ki, bulvarın hər yerini pulsuz Wi-Fi şəbəkəsini təmin edək. Bu istiqamətdə işlər aparılır və I Avropa Oyunlarının keçirilməsinə 1 ay vaxt qalmasını nəzərə alsaq, bu işləri yekunlaşdıracıyıq.
İnsanların daha çox toplaşdığı, yarışlar keçiriləcək idman saraylarının ətrafında, restoranların, kafelərin yanında, böyük monitorlar olan ərazidə pulsuz Wi-Fi şəbəkəsi tam təmin olunacaq”.
Anar Kəlbiyev
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


