Olimpiya Stadionu helikopterlərlə qorunacaq
“FHN qüvvələrinin mayın 9-da Bakı Olimpiya Stadionunda keçirilən sınaq mərhələsində uğurla iştirak edib. Bizim canlı qüvvələrimiz və texnikamız da sınaq tədbirində iştirak etdi və qarşıya qoyulan məqsədə nail oldu".
E.Mirzəyev qeyd edib ki, FHN digər nazirliklərlə birgə qarşılıqlı əlaqənin qurulmasında və təkmilləşdirilməsində iştirak edir: “Yarışların açılış və bağlanış mərasimlərinin keçiriləcəyi idman obyekti həm havadan, həm qurudan, həm də sudan - Böyükşor gölü istiqamətindən mühafizə olunacaq. Nazirliyin 2 helikopteri də bu işə cəlb edilib və havadan nəzarəti həyata keçirəcək".
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


