Cavid Qurbanovdan açıqlama: “Nə şiş yansın, nə kabab”
“Elə edəcəyik ki, nə şiş yansın nə kabab. Mən özüm yoxlatdırmışam, avtobusla Sumqayıtdan Bakıya gəlmək 1 manata başa gəlir. Sumqayıtın içində avtobusa pul verib avtovağzala gəlirsən. Oradan bir də pul ödəyib metroya getmək lazımdır. Bu zaman həm çox vaxtın, həm də pulun gedir.
Bununla yanaşı, vətəndaşın istifadə etdiyi nəqliyyatda WİFİ, keyfiyyətli xidmət yoxdur. Amma bu qatarlar vasitəsilə insanlar Sumqayıtdan 40 dəqiqəyə Bakıya, özü də birbaşa 28 May metrostansiyasına gələcəklər. Qiymətləri elə tənzimləyəcəyik ki, əhaliyə ziyan olmasın”.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


