Nizami Piriyevin vəkilindən açıqlama: “Şikayət edəcəyik...”

Nizami Piriyevin vəkilindən açıqlama: “Şikayət edəcəyik...”
  13 May 2015    Oxunub:2352
Nərimanov rayon məhkəməsinin qərarı ilə həbs edilən Azərbaycanlı iş adamı Nizami Piriyev hüquqlarının müdafiəsi ilə bağlı vəkilə müraciət edib.
İş adamının yeni vəkili Muxtar Mustafayevdir. O, AzVision.az-a açıqlamasında, artıq bununla bağlı müqavilə imzaladıqlarını deyib:

“Artıq Nizami Piriyevin hüquqlarını müdafiə edəcəyəm. Bununla bağlı müqavilə də imzalamışıq. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə cinayət işi açılıb. Barəsində 3 ay 24 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Mən Nizami Piriyevin müdafiəsini yaxşı quracağam. Başqa saxlanılan şəxslərin olub-olmamasını bilmirəm. İşlə bağlı vəsatətlərimiz, şikayətlərimiz olacaq”.

Qeyd edək ki, Nizami Piriyev “PNN Group” şirkətinin təsisçilərindəndir. “PNN Group” şirkətinin əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən “AzMeCo” şirkətindədir.

“PNN Group” “De Beers” və “Hamleys” brendlərinin tərəfdaşıdır. Nizami Piriyev Azərbaycanda “KFC” restoranlar şəbəkəsinin də qurcularındandır. “PNN Group”un digər sahibi onun oğlu Nəsib Piriyevdir.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti