İki ailə arasında dava: Ölən və yaralanan var

İki ailə arasında dava: Ölən və yaralanan var
  13 May 2015    Oxunub:2767
Azərbaycan paytaxtında qətl törədilib.
Məlumata görə, hadisə Suraxanı rayonunun Zığ qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakinləri, Hacıbağır Bağırov, atası Ehtiram Bağırov və qonşusu Rüstəm Qurbanov münaqişə zəminində qonşuları Ənnağı Baxışovu və qardaşı Zaur Baxışovu bıçaqlayıblar.

Ə.Baxışov xəstəxanaya aparılarkən yolda keçinib.

Hadisəni törətməkdə şübhəli bilinən hər üç şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır. (apa)



Teqlər:



Xəbər lenti