Günün kriminal mənzərəsi

Günün kriminal mənzərəsi
  14 May 2015    Oxunub:1237
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 50 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 24 nəfər tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti