Şad xəbər: Bakıda evlər ucuzlaşdı

Şad xəbər: Bakıda evlər ucuzlaşdı
  14 May 2015    Oxunub:3289
Son aylar mənzil bazarında durğunluq müşahidə olunur. Evini satanlar çox olsa da, alIcı tapmaq çətinləşib.Təbii ki, bu vəziyyət qiymətlərə də təsir edib.
Fevral-mart aylarında dolların bahalaşması fonunda bazarda müəyyən canlanma yaransa da sonradan vəziyyət yenə 2014-cü ilin sonundan başlayan durğunluq vəziyyətinə qayıdıb.

Bunun səbəblərindən biri də daşınmaz əmlak bazarına yatırılan investisiyaların həcminin azalmasıdır.Əvvəllər investorlar mənzil alıb, onu müəyyən müddətdən sonra yüksək qiymətə sataraq həm gəlir əldə edirdilər, həm də vəsaitlərinin sığortalayırdılar.İndi isə bu sahəyə maraq əvvəlki kimi deyil.

Tələbatın azalması qiymətlərə təsir edib. Bakının təkrar mənzil bazarında bir kvadratmetr sahənin orta qiyməti mart ayında 1886 manat idisə, aprel ayında 1770 manat təşkil edib.




Teqlər:  



Xəbər lenti