`Qara qızıl`ın bəxti açılmır

`Qara qızıl`ın bəxti açılmır
  14 May 2015    Oxunub:1646
Neft yenidən ucuzlaşıb.
AzVision.az xəbər verir ki, dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,99% yaxud 1,23 dollar ucuzlaşaraq 60,50 dollar təşkil edib.

Birjalarda "Brent"in qiymətində də mənfi dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 0,96% yaxud 0,65 dollar azalaraq 66,81 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 69 dollar/barel olacağı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti