Bakıya giriş bağlandı - güclü tıxac var

Bakıya giriş bağlandı - güclü tıxac var
  14 May 2015    Oxunub:3375
Paytaxtın şimal girişində tıxac yaranıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AzVision.az-a verilən məlumata görə, Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 11-ci kilometrliyində yerləşən Xırdalan dairəsində təmir işlərinin aparılması bu gün də Bakı-Sumqayıt şosesində böyük tıxaca səbəb olub.

Hazırda ərazidə paytaxt istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

Eyni zamanda, Bakının Binəqədi şosesində (şəhər istiqamətində), Ziya Bünyadov prospektində ("Koroğlu" metro stansiyası istiqamətində), o cümlədən Xətai prospektində (Azadlıq prospekti istiqamətində) nəqliyyat vasitələrinin sıxlığı qeydə alınıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti