Nazirlikdən büdcəyə 2 milyard xeyir

Nazirlikdən büdcəyə 2 milyard xeyir
  14 May 2015    Oxunub:1822
2015-ci ilin yanvar-aprel ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 milyard 368 milyon manatdan çox vəsait daxil olub. Proqnoz tapşırığına 101,7 faiz əməl edilib.
Vergilər Nazirliyinin analitik informasiya şöbəsindən AzVision.az-a verilən məlumata görə, qeyri neft-qaz sektoru üzrə büdcəyə 1 milyard 549 milyon 37,2 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,7 faiz çoxdur.
Ümumi vergi daxilolmalarında qeyri neft-qaz sektorunun xüsusi çəkisi 65,4 faiz təşkil edir.


Teqlər:  



Xəbər lenti