`Məzun günü` ilə bağlı xüsusi tapşırıq olmayacaq
Yarışların keçirildiyi günlərdə paytaxtda sıxlığın qarşısının alıması üçün təhsil nazirinin əmri ilə ali təhsil müəssisələrində imtahan vaxtları qabağa çəkilib. Ümumilikdə imtahanlar mayın 31-dək başa çatacaq.
Avropa Oyunları ilə əlaqədar universitetlərdə “Məzun günü”nün vaxtının da dəyişəcəyi bildirilir. Bəzi ali məktəblər isə bununla bağlı nazirlikdən cavab gözləyir.
Təhzil Nazirliyindən AzVision.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, ali təhsil müəssisələri məzun günlərini özləri müəyyənləşdirirlər: “Məzun günü” nün irəli çəkilməsi ilə bağlı Təhsil Nazirliyinin xüsusi tapşırığı gözlənilmir. Ali təhsil müəssisələri istədikləri vaxt “Məzun günü” nüqeyd edə bilərlər”-deyə nazirlikdən bildiriblər.
Gültəkin ƏLƏSGƏR







Vaxtında, Aydın, Lazımlı!


