Neftimiz bahalaşdı

Neftimiz bahalaşdı
  14 May 2015    Oxunub:1966
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin bir barelinin qiyməti bahalaşıb.
ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən AzVision.az-a verilən məlumata görə, “Azeri LT CIF” markalı neftin qiyməti 1,15 dollar bahalaşıb.

Hazırda neftin bir barelinin qiyməti 68,58 dollardır. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.31 dollar (0.51%) azalaraq 60.19 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.24 dollar (0.36%) ucuzlaşaraq 66.57 dollar olub.

Qeyd edək ki, OPEC növbəti 10 ildə neftin qiymətinin 100 dollardan baha olmayacağını açıqlayıb

AZVision.az


Teqlər:





Xəbər lenti